Avstraliyalı yazıçı Kolin Makkalounun 1977-ci ilin aprelində nəşr olunan "Tikanlar arasında oxuyan quşlar" ("The Thorn Birds") romanı dünya ədəbiyyatının ən məşhur ailə dastanlarından biri hesab olunur. Əsər qısa müddətdə böyük uğur qazanaraq qlobal bestsellerə çevrilib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, roman dünya üzrə 33 milyondan çox nüsxədə satılıb, onlarla dilə tərcümə edilib. Bu uğur nəticəsində 1983-cü ildə roman əsasında eyniadlı məşhur mini-serial da çəkilib. Romanın ekranlaşdırılması da böyük uğur qazanıb. Mini-serialda Riçard Çemberlen, Reyçel Uord, Barbara Stenvik, Kristofer Plammer və Payper Lori kimi tanınmış aktyorlar rol alıblar.
Əsərin süjeti XX əsrin əvvəllərində Avstraliyada yaşayan Kliri ailəsinin taleyindən bəhs edir. Hadisələrin mərkəzində ailənin yeganə qızı Meqqi Kliri və gənc keşiş Ralf de Brikassar arasında illərlə davam edən mürəkkəb və qadağan olunmuş sevgi dayanır. Roman sevgi, inanc, ailə bağları, fədakarlıq və seçimlərin insan taleyinə təsiri kimi mövzuları dərin şəkildə işləyir.
Oxucular arasında bu gün də populyarlığını qoruyan kitab Goodreads platformasında yüz minlərlə qiymətləndirmə toplayaraq 5 bal üzərindən orta hesabla 4,25 bal əldə edib. Bir çox oxucu onu "ürəyi parçalayan, unudulmayan roman" adlandırır.
Romanın ekranlaşdırılması da böyük uğur qazanıb. Mini-serialda Riçard Çemberlen, Reyçel Uord, Barbara Stenvik, Kristofer Plammer və Payper Lori kimi tanınmış aktyorlar rol alıblar.