Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Quliyev küçəsi ev 144-də qeydə alınıb.
Orada yaşayan, 90 yaşlı Zemfira Əli qızı Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.