"Ailə birinci , karyera ikinci " - Müasir ailələrdə qalmaqallar   niyə çoxdur?
24 iyul 2026 14:34 (UTC +04:00)

"Ailə birinci, karyera ikinci" - Müasir ailələrdə qalmaqallar niyə çoxdur?

0

Ailə cəmiyyətin əsas dayaqlarından biri hesab olunur. Lakin son illərdə bir tərəfdən qadın və kişinin hüquq bərabərliyi ön plana çıxır, digər tərəfdən isə ailədaxili öhdəliklərin bölüşdürülməsi, uşaqların tərbiyəsi və ailə dəyərlərinin qorunması ilə bağlı fərqli yanaşmalar ortaya çıxır.

Bəs görəsən, gender bərabərliyi ailədaxili münasibətlərə necə təsir edir? Müasir ailə modeli əvvəlkindən nə ilə fərqlənir? Hər iki valideynin işlədiyi ailələrdə uşaqların tərbiyəsində hansı çətinliklər yaranır?

Sosioloq Elçin Bayramlı Lent.az-a açıqlamasında bildirib ki, ailələrdə son vaxtlar problemlərin yaranmasının səbəbi müasirlik, qadın azadlığı, gender bərabərliyi adı altında edilən təsirlərdir:

İtirilmiş nəsil

Azərbaycanda gender bərabərliyi təsbit olunub, qadınlarla kişilərin bütün sahələrdə hüquqları eynidir. Lakin öhdəliklərə gəlincə, burada qadın və kişi bərabər olmur. Onlar həm bioloji cəhətdən fərqli varlıqlardır, həm də psixoloji-mənəvi cəhətdən öz öhdəlikləri, həmçinin ailə daxilində rolları fərqlidir. Azərbaycanda ənənəvi ailə modeli çox yaxşıdır. Azərbaycan ailə institutu dünyada ən möhkəm institutlardan biridir. Ailələrdə son vaxtlar problemlərin yaranmasının səbəbi müasirlik, qadın azadlığı, gender bərabərliyi adı altında edilən təsirlərdir. Bu, ailələrə o qədər mənfi təsir edir ki, hamı hüquqlarının davasını döyür, heç kim öhdəliklərindən danışmır, onları yerinə yetirmir. Sağlam, normal ailədə həm qadının, həm də kişinin müxtəlif öhdəlikləri var. Onlar da bunu yerinə yetirirlər.

Minillərdir ki, ənənəvi modeldə qadın və kişinin öz rolu və funksiyası olub. Bu rola görə, kişilər daha çox işləyib, gəlir qazanır, ailənin təhlükəsizliyini, maddi təminatını həll etməlidir. Qadın isə ailədaxili məsələləri - evin idarə olunmasını, uşaqların tərbiyəsini, sağlamlıq məsələlərini həll edib. Belə olduqda, ailədaxili balans daha düzgün qurulur. Lakin elə nümunələr də var ki, qadın da, kişi də işləyir, eyni zamanda ailədaxili öhdəliklərini yerinə yetirirlər. Burada bir qədər çətinliklər ola bilər, lakin qarşılıqlı həll etmək mümkündür, ailə fədəkarlıq tələb edir”.

Sosioloq bildirdi ki, ənənəvi ailə modelini qorumaq boşanmaların da sayının azalmasına kömək edər:

“Müasir ailə modeli öz problemlərini ortaya qoydu. Bizdə boşanmaların 50%-ə çatması, ailədaxili münaqişələrin artması onu göstərdi ki, öz ailə modelimizdən çıxanda problemlər böyüyür, nəticə ürəkaçan olmur. Ona görə də ənənəvi ailə modelimizi qorumaq daha yaxşıdır. Əlbəttə, müəyyən hallarda, ehtiyac varsa, qadın işləyə bilər, amma onu elə tənzimləmək lazımdır ki, ailədə problem yaranmasın. Ümumiyyətlə, ailə birinci, iş-karyera ikinci sırada olmalıdır. Əgər bunlar toqquşursa, o zaman ailəni seçmək lazımdır. Əgər öhdəsindən gəlinirsə, hər ikisini eyni anda idarə edə bilirlərsə, bu daha yaxşıdır, həyat yoldaşına dəstəkdir. Təbii ki, qadının işləməsi bəzən maddi təminatdan asılı olur. Ailədə qadının işləməsinə maddi cəhətdən ehtiyac varsa, bu, artıq məcburi vəziyyətdir, ailənin mənafeyi üçün lazımdır. Bəzi ailələrdə isə kişi yaxşı gəlir əldə edə bilir, maddi təminatı yüksəkdir, belə olduqda qadının işləməsinə gərək qalmır. Bu halda qadın ailəni saxlamalı, uşaqlara qayğı göstərməlidir. Asudə vaxtlarında gəzə, sosiallaşa, istirahət edə bilər.

Qadının işləməsi ailəyə, uşaqlara problem yaradırsa, maddi təminatları da yüksəkdirsə, onda qadın işləməyə bilər. Adətən insanlar maddi təminat üçün işləyirlər.

Burada standart fikir yürütmək olmaz, ailənin tərkibinə baxmaq lazımdır. Ailənin vəziyyəti, şəraiti, iş mühiti, iş qrafiki, tərkibi, uşaqların sayı, yaşı, yaşadıqları yer, şəhər, kənd və s. ümumilikdə fərqli yanaşma tələb edir. Hər iki valideyn əgər səhərdən axşama kimi işləyirsə, uşaqların qayğısına qalmaq, tərbiyə etmək mümkün olmur. Çalışmaq lazımdır ki, ailədəki öhdəliklərlə insan hüquqları toqquşmasın. Düzgün ailə modeli ağıl ilə qurulanda heç bir problem yaranmır. Hər iki valideyn işləsə belə, onların arasında hansısa problem yaranmaya bilər. Amma xırda məsələdə hüquq davası döyüb, onu böyüdəndə sonda ailə dağılır. Bu isə həm ailə, həm cəmiyyət həm də dövlət üçün böyük problemdir. Bu baxımdan milli-mənəvi dəyərlərimizi qorumaqla bu məsələni həll edə bilərik”.

Yazı Medianın İnkişafı Agentliyinin “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar