Tualet kağızı ilə Ginnes rekordu qırdı - VİDEO
24 iyul 2026 18:19 (UTC +04:00)

Tualet kağızı ilə Ginnes rekordu qırdı - VİDEO

0

ABŞ sakini və rekordçu Devid Raş növbəti qeyri-adi nailiyyəti ilə yenidən Ginnesin Rekordlar Kitabına düşüb. O, başının üzərində 195 rulon tualet kağızından ibarət konstruksiyanı 30 saniyə ərzində tarazlıqda saxlayaraq dünya rekordunu geri qaytarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Devid Raş ilk dəfə bu rekordu 2021-ci ildə müəyyən etmişdi. Həmin vaxt o, başında 101 rulon tualet kağızını tarazlıqda saxlamağa nail olmuşdu. Lakin sonradan başqa bir rekordçu bu göstəricini 152 rulona yüksəldib. Bundan sonra Raş titulunu geri almaq qərarına gəlib. Onun sözlərinə görə, ilk cəhd uğursuz alınıb. Rekordçu bunu həyəcanla əlaqələndirib və bildirib ki, bədəndə yaranan ən kiçik titrəmə belə bütün konstruksiyanın tarazlığını pozaraq dağılmasına səbəb olur. İkinci cəhd isə uğurlu alınıb. Devid Raş başında 195 rulondan ibarət qüllə quraraq onu qaydalara uyğun şəkildə 30 saniyə saxlaya bilib və bununla da dünya rekordunu rəsmi olaraq yenidən öz adına yazdırıb.

"Bu titulu geri qaytarmaq əla hiss idi. Amma inkişaf etmək üçün hər zaman yeni imkanlar var", - deyə Devid Raş rekordunun təsdiqlənməsindən sonra bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar