Türkiyənin tanınmış aktyoru Kadir İnanırın son durumu açıqlanıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, müalicəsi davam edən sənətçinin vəziyyətinin stabil olduğu, lakin tətbiq olunan müalicəyə hələlik gözlənilən müsbət reaksiyanın alınmadığı bildirilib.
May ayında səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən Kadir İnanır bir müddət reanimasiya şöbəsində həkim nəzarətində saxlanılıb. Aktyor xəstəxanada altı gün reanimasiya şöbəsində müalicə aldıqdan sonra, mayın 22-də süni tənəffüs aparatına qoşulub. Həkimlərin nəzarəti altında davam edən müalicə prosesi ictimaiyyət tərəfindən yaxından izlənilir.