
Tbilisidə Vaqif Mustafazadənin yubileyi qeyd olunacaq
Tanınmış bəstəkar və pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar İncəsənət xadimi Vaqif Mustafazadənin 80 illik yubileyi Gürcüstanda da qeyd olunacaq.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, yubileyi münasibətilə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət Nazirliyi silsilə tədbirlər keçirəcək.
Dövlət nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov AZƏRTAC-a bildirib ki, tədbirlər planına əsasən bu il bölgələrdə V.Mustafazadənin mahnılarından ibarət musiqi gecələri təşkil olunacaq. Gələn il isə paytaxt Tbilisidə Vaqif Mustafazadənin 80 illik yubileyinə həsr olunmuç caz axşamı keçiriləcək.
A.Məmmədov bildirib ki, həyatının bir hissəsini Tbilisidə keçirən V.Mustafazadə Gürcüstanda caz musiqisinin inkişafında mühüm rol oynayıb. O, Gürcüstan Filarmoniyası ilə birlikdə “Qafqaz” Caz Triosunu yaradıb, gürcü caz ustalarının formalaşmasına mühüm təsir göstərib.
Müşavir bildirib ki, 2017-ci ildə Gürcüstan Milli Muzeyində “Vaqifi necə tanıyıram” adlı sənədli filmin premyerası olub. İl ərzində həmin filmin bir neçə yerdə nümayişi nəzərdə tutulur.
Oxşar yazılar

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57