Səttar Bəhlulzadənin Əmircandakı ev muzeyi yeni tərtibatda
23 may 2014 11:17 (UTC +04:00)

Səttar Bəhlulzadənin Əmircandakı ev muzeyi yeni tərtibatda

Bu gün Azərbaycanın tanınmış xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi olacaq. Lent.az-ın məlumatına görə, muzey ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyin təşkil olunması haqqında sərəncamına əsasən 1994-cü ildə yaradılıb.

 

Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb.

Qeyd edək ki, muzey Əmircan qəsəbəsində, Əlisöhbət Sumbatzadə küçəsi, 5a ünvanında yerləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar