Azərbaycanlı aktrisanın  Bodrumdan bikinili FOTOLARI
07 iyul 2026 19:46 (UTC +04:00)

Azərbaycanlı aktrisanın Bodrumdan bikinili FOTOLARI

0

Türkiyənin Azərbaycan əsilli məşhur aktrisası Nesrin Cavadzadə yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Lent.az xəbər verir ki, hazırda "Daha 17" serialında "Şebnem" obrazını canlandıran 43 yaşlı aktrisa çəkilişlər üçün getdiyi Bodrumdan istirahət anlarını paylaşıb.

Sosial şəbəkə hesabında fotolarını paylaşan Cavadzadə fit görünüşü və təbii gözəlliyi ilə diqqət çəkib. Onun fotolarına izləyicilərdən çoxsaylı bəyənmə gəlib.

Qeyd edək ki, şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verən aktrisanın bir müddət əvvəl Kadir Taner Uçarla ailə həyatı qurduğu məlum olub. Cütlüyün Bodrumda baş tutan sadə nikah mərasimindən yayılan görüntülər də sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar