<b>Şeksprin Hamleti kriminal aləmin qəhrəmanı kimi</b>
12 mart 2019 14:44 (UTC +04:00)

Şeksprin Hamleti kriminal aləmin qəhrəmanı kimi

Gəncə Dram Teatrında Şeksprin “Hamlet” faciəsi səhnələşdirilir. Tamaşanın rejissoru teatrın baş rejissoru İradə Sayya Gözəlovadır.

Lent.az-a açıqlamasında İradə Sayya "Hamlet"i  kriminal melodram janrında hazırladığını deyib: “Tamaşa müasir tərzdə olacaq. Bu, Hamletin yeni traktovkasıdır. Hamletin personajları kriminal aləmin iştirakçılarına çevriləcək. Tamaşada həm əsərin yazıldığı dövr öz əksini tapacaq, həm də müasir dövrü əks etdirəcək. Bu, iştirakçıların kostyumlarında da öz əksini tapır”.

Hamlet rolunu teatrın gənc aktyoru Murad Meyfaliyev ifa edəcək. Rejissor bildirir ki, bu aktyor Nodar Dumbadzenin "Hellados"  tamaşasında özünü təsdiq etdiyinə görə Hamlet kimi məsuliyyətli obrazı ona həvalə edib.

Ofeliya obrazını gənc istedadlı aktrisa Sevinc Huseyinova ifa edəcək. Gertrrudanı xalq artisti Pərvanə Qurbanova oynayır. Poloni Alim Məmmədov (xalq artisti), Klavdi İlham Huseynovdur ( əməkdar artist).

Tamaşanın rəssamı Mirzə Mehdidir. Musiqi tərtibatı da maraqlıdır, tamaşada həm klassik, həm də müasir musiqilərdən və canlı ifalardan istifadə olunur. 

Rejissor etiraf edir ki, çox çətin və məsuliyyətli bir işin altına girib, amma bu işin öhdəsindən uğurla gələcəyinə inanır.

Qeyd edək ki, İradə Sayya “Yuğ” teatrında çalışıb, Vaqif  İbrahimoğlunun yetirməsidir. Musiqili Teatrda dəfələrlə tamaşa qoyub. 2015-ci ildən Gəncə Teatrında baş rejissor işləyir. "Qəribə oğlan" ( İlyas Efendiyev), "Şah ismayıl Xətai" (bioqrafik əsər), "Sabir" ( Şəfayət Mehtievin pyesi sasında), "Evlənmə" ( N.V. Qoqol), "Dəli yığıncağı" (Cəlil Məmmədquluzadə), "İblis nədir?" (Hüseyn Cavidin pyesi əsasında), "Vanya Dayı" (A.P. Çexov), "Hellados" (Nodar Dumbadze) kimi ciddi işlərin altından imza atıb.

Tamaşanın premyerası aprel ayına planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1474
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar