Prezidentdən Şəkinin tarixi hissəsinin qorunması haqqında SƏRƏNCAM
21 yanvar 2016 18:33 (UTC +04:00)

Prezidentdən Şəkinin tarixi hissəsinin qorunması haqqında SƏRƏNCAM

Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayacaqlar.

 

Sərəncamda həmçinin deyilir:

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq etsin;

3.2. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiq etsin;

3.3. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsini təmin etsin;

3.4. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etsin;

3.5. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

3.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21