Məşhur pianoçu İslam Manafovun övladları Abuzər və Turan Manafovlar Bakının bir çox musiqi məktəbində silsilə konsert proqramı ilə çıxış ediblər.
Lent. az-ın məlumatına görə, Türkiyədə yaşayıb yaradan musiqiçinin sənətini övladları davam etdirirlər. Mimar Sinan Universitetinin məzunları olan gənc pianoçu Abuzər və Turan Manafovlar 2006-cı ildə "Onay Sanat Piano Müsabiqəsi"ndə ödül qazanıblar. Vladimir Viardo, Oksana Yablonskaya, Vincenzo Balzani ve Myrthala Salazardan dərs alıblar. 2009-cu ildə Qəbələ Beynəlxalq Piano Müsabiqəsində böyük uğur əldə ediblər. Almaniyanın “Hannover”, “Braunschweig” və “Wolfenbuttel” şəhərlərində konsertlər veriblər.