Pantomima Teatrının direktoru: “Azərbaycanda 2 şeyi yüksək qiymətləndirirəm”
05 dekabr 2014 10:13 (UTC +04:00)

Pantomima Teatrının direktoru: “Azərbaycanda 2 şeyi yüksək qiymətləndirirəm”

“Gənclərin pantomima üstünlük verməsi məni sevindirir”. Bunu Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev Gənclərin III Ümumrespublika Teatr Festivalının Bakı şəhər üzrə birinci seçim turunda gənclərin pantomima üstünlük verməsi haqqında fikir söyləyərkən deyib.

 

E. Rəfiyev Azərbaycanda 2 şeyi yüksək qiymətləndirdiyini deyir: “Birinci, gəncləri incəsənətə meylini artırmaq üçün kino sahəsində edilən irəliləyişlər, gənclərin qabağa çəkmələri. İkincisi isə gənclərin teatra olan marağını artırmaq üçün keçirilən Gənclərin Ümumrespublika Teatr Festivalıdır. Mən bu işi alqışlayıram. Gənclər görəndəki onların yaşıdlarına səhnədə şərait yaradılıb, onlarda da sənətə həvəs yaranacaq.

 

Onun sözlərinə görə, pantomimada hər hansı bir fikri göstərmək çox çətindir: “Pantomima elə bir teatr növüdür ki, orda danışmağa ehtiyac yoxdur, ancaq hərəkətlərdir. Sözlü tamaşanı izləyən tamaşaçı baxmadan da səhnədə baş verənləri anlaya bilir. Amma bizim tamaşaçılarımız 40-45 dəqiqə gözünü çəkmədən tamaşanı izləməlidir. Tamaşaçı gözünü bir anlıq qaçırsa, hər hansı bir jesti görməyəcək. Beləliklə də tamaşanın ana xəttini itirəcək”.

 

Festivalın Bakı üzrə birinci seçim turunda iştirak etməsə də, gənc rejissorlardan Gülnarə Əhmədin Bəhruz Vaqifoğluyla səhnələşdirdiyi tamaşanı bəyəndiyini vurğulayır: “Mən Pantomima Teatrının həm direktoru, həm də artistiyəm. O səbəbdən də vaxt edib festivalın seçim turunu izləyə bilmədim. Amma ailə teatrının (red.-Gülnarə və Bəhruz cütlüyünü belə adlandırır) tamaşasının video yazısına baxdım və çox bəyəndim. Çox istedadlı gənclərdirlər”.

 

Buna baxmayaraq, ideya müəllifi millət vəkili Jalə Əliyeva olan Gənclərin Ümumrespublika Teatr Festival haqqında xəbərləri daim mətbuatdan izlədiyini də əlavə edir: “Onlara baxanda adam elə həvəslənir ki, az qalıram özüm də onlara qoşulam (gülür)”.

 

“Mədəniyyət və Turizm Nazirliyi bizə bina verib. Binanın birinci mərtəbəsi tam təmir olub. Düzdür, birinci mərtəbənin səhnəsi balacadır. Gələcəkdə böyük sənəsi olan ikinci mərtəbə də təmir olunacaq. Hər həftə tamaşalarımız olur. Tamaşaçı sarıdan da qıtlıq çəkmirik. Tamaşaçılarımızın yaş həddinə baxsanız, görərsiniz ki, 18 yaşdan tutmuş, 70 yaşadək tamaşaçımız var. Həftə sonu tamaşaçılarımız daha çox olur”, deyən teatr direktoru fikrini bu sözlərlə yekunlaşdırır.

 

-Gənclərin teatrdan uzaqlaşaraq 3D, 5D formatlı kinolara maraq göstərirlər. Canlı incəsənət növünü yaddan çıxartmaq olmaz. Canlı 3d incəsənət növünə teatr deyilir. Bilirəm, indiki gəncləri heç nəylə heyrətləndirmək olmaz. Yenə də, çox istəyərdim ki, gənclərimiz internet aludəçiliyi bəlasından tez xilas olsunlar və teatrlara axın başlasın. Festivala qatılan gənc rejissorlara isə uğur diləyirəm!

 

Qeyd edək ki, Gənclərin Ümumrespublika Teatr Festivalına 2 il ərzində 250-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri alacaqlar.

 

Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar