“Qurdlar vadisi”nin məşhur aktyoru  41 ildir görün harada yaşayır
07 oktyabr 2025 20:41 (UTC +04:00)

“Qurdlar vadisi”nin məşhur aktyoru 41 ildir görün harada yaşayır

0

“Qurdlar vadisi”nin unudulmaz siması Ali Sürmeli 41 ildir gözlərdən uzaq, təbiətlə iç-içə olan həyatından danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Şimali Egenin Assos bölgəsindəki 13 sotluq mülkündə təbiətlə əhatə olunmuş sadə həyat qurub. “Mənə təvazökar deyirlər, amma mən dəbdəbəli yaşayıram” sözləri ilə diqqət çəkən Sürmeli təmiz havada, quşların səsinə oyanmağın ölçülə bilməyəcək sərvət olduğunu deyir.

“Qurdlar vadisi”nin unudulmaz Zaza əmisi Ali Sürmeli illərdir Assosda tənha həyat sürür. 41 il təbiət qoynunda yaşayan veteran aktyor deyir ki, onun "təvazökar" görünən həyatını, əslində, özünün dediyi kimi, "əsl dəbdəbə" təşkil edir.

Təxminən 41 ilə yaxındır təbiətlə iç-içə yaşayan usta aktyor burada yaratdığı nizamla mənəvi tarazlığa nail olduğunu deyir. "Hamı mənə təvazökar deyir, amma mən dəbdəbəli yaşayıram. Çünki səhər yuxudan duranda oksigen var, quş nəğməsi var. Əsl sərvət pulla deyil, nəfəslə ölçülür".

Sürmeli Assosda 13 sot torpaq sahəsində öz əlləri ilə tikdiyi birmərtəbəli taxta evdə yaşayır.

Sürmeli aldığı torpaqla bağlı hekayəni belə nəql edir:

“O vaxtın pulu ilə 6 sotunu 100 minə almışdım. Yan torpağı da çox istədim, amma sahibi 7 sot üçün 200 istədi. Beləcə, 13 sotu 13 il əvvəl 300-ə aldım, o zaman təxminən min dollar idi. Burada akademiya qurmaq istəyirdik, amma söz verənlərin hamısı çəkildi. 12 baş qoyun saxlayaram dedim, amma sürü dağıldı, belə qaldı".

Qeyd edək ki, aktyor bir dövrün ən çox izlənilən seriallarında - “Deli Yürek”, “Kurtlar Vadisi: Pusu”, “Çukur” və “Eşkıya Dünyaya Hükümdar Olmaz” kimi layihələrdə rol alıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar