Ən yaxşı ailə "cip"ləri  - SİYAHI
04 noyabr 2025 12:53 (UTC +04:00)

Ən yaxşı ailə "cip"ləri - SİYAHI

0

Avtomobil mütəxəssisləri “Whatcar” jurnalında ən etibarlı ailə maşınlarının (ciplər) onluğunu açıqlayıblar.

Lent.az xəbər verir ki, reytinqdə birinci yerdə ikinci nəsil “Vauxhall Grandland” (Almaniyada Opel markası altında satılır) qərarlaşıb. Avtomobil EMP2 platformasında hazırlanıb. Onun etibarlılığı bu kateqoriya üçün maksimum göstərici olan 99,6% qiymətləndirilib: sorğu olunan sahiblərin yalnız 4%-i son iki ildə nasazlıqla qarşılaşıb.

İkinci yeri “Toyota RAV4”ün qoşulan (plug-in) hibrid versiyası tutur, onun etibarlılığı 100-dən 99,2% qiymətləndirilib. Üçüncü yerdə etibarlılığı 99% olan “Porsche Macan” yerləşir.

Daha sonra gələn modellər:
•    Kia Niro (2022-ci il, etibarlılıq 99%)
•    Toyota RAV4 Hybrid (2019-cu il, etibarlılıq 98,9%)
•    Mazda CX-5 (2017-ci il, etibarlılıq 98,4%)
•    Nissan Qashqai (2014-cü il, etibarlılıq 98,3%)
•    Lexus UX (2019-cu il, etibarlılıq 98%)
•    Skoda Kodiaq (2016-cı il, etibarlılıq 97,8%)
•    Renault Scenic E-Tech (2023-cü il, etibarlılıq 97,5%)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar