Oleq Kuznetsov: "Mənim monoqrafiyam Rusiya tarixini saxtalaşdıranlara cavabdır"
22 aprel 2014 07:38 (UTC +04:00)

Oleq Kuznetsov: "Mənim monoqrafiyam Rusiya tarixini saxtalaşdıranlara cavabdır"

Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi keçirilib.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Elmlər Akademiyası Mərkəzi Alimlər Evində keçirilən təqdimat mərasimində Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri, tarixçilər,politoloqlar və media nümayəndələri iştirak ediblər.

 

Tarix elmləri namizədi Oleq Kuznetsov "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə səyahət kitabı 2013-cü ildə Erməni diasporunun maliyyələşdirdiyi Beynəlxalq Yeni Dövlətlər İnstitutu tərəfindən nəşr edilən O.V.Ayrapetov,M.V.Volxonskiy və V.M. Muxanovun birgə müəllifləri olduqları "Gülüstana gedən yol..."  («Дорога на Гюлистан…» XVIII əsrin ikinci yarısı, XIX əsrin birinci yarısında Rusiyanın Qafqazdakı siyasətinin tarixindən ) adlı monoqrafiyasına resenziyadır.

 

O. Kuznetsov resenziyasında rusiyalı tarixçilərin məlum monoqrafiyada buraxdıqları metodoloji səhvələrin geniş təhlilini verərək, oxucuların diqqətini müəlliflər tərəfindən qəsdən tarixi faktların saxtalaşdırılmasına yönəldib. Bundan başqa O. Kuznetsovun əsəri Rusiya tarixşunaslığında ilk dəfə olaraq XVIII əsrin ikinci yarısından XIX əsrin birinci yarısına qədər olan dövrdə Rusiya imperiyasının Qafqaz siyasətinin tarixinə dair nəşr olunan işlərin və mənbələrin kolleksiyasını özündə birləşdirir.

 

Təqdimat mərasimində çıxış edən O. Kuznetsov bildirib ki,  O.V.Ayrapetov,M.V.Volxonskiy və V.M. Muxanovun birgə müəllifləri olduqları "Gülüstana gedən yol..."  («Дорога на Гюлистан…» XVIII əsrin ikinci yarısı, XIX əsrin birinci yarısında Rusiyanın Qafqazdakı siyasətinin tarixindən ) adlı monoqrafiyasına dolğun elmi təhqiqat işi kimi baxmaq olmaz: "Çünki bu əsərdə giriş, nəticə, mənbələr və tarixin təhlili, məqsəd və tapşırıqlar əks olunmayıb. Müəlliflər peşəkar tarixçilərlə təbliğatçıları fərqləndirən xətti keçiblər. Öz uydurmalarından ibarət olan informasiyalarla tarix yaratmaq birbaşa intellektual fırıldaqçılıqdır.

 

Misal üçün, Ayrapetov, Volxonskiy və Muxanovun general Yermolovun Qafqazdakı knyaz Vorontsova olan məktubunu Qafqaz arxeoqrafik komissiyasının sədri Adolf Berjenin müəllif yazısı kimi təqdim edirlər.  Onların monoqrafiyasının ədəbiyyat və mənbələr siyahısında 72 iş göstərilib. Əvvəla nəşrin mətnindən görünür ki, bu işlərdən 40-dan çoxunun müəllifləri tanış deyil. XIX yüzilliyin sonunda general-leytnant Bobrovskiy  İrəvan leyb-qrenadar polkunun beşcildlik tarixini nəşr etdirib. Həmin əsərlər Beynəlxalq Yeni Dövlətlər İnstitutu tərəfindən bircildlik əsər kimi təqdim olunub. Rusiya hərbi qüvvələrinin 11 cildlik tarixi də adıçəkilən müəlliflər tərəfindən bir cildlik kimi təqdim olunur. Bütün bu faktlar onu deməyə əsas verir ki,  Ayrapetov, Volxonskiy və Muxanov qeyd etdiyim tarixi mənbələrlə tanış deyillər".

 

Rusiyalı tarixçi onu da qeyd edib ki, Ayrapetov, Volxonskiy və  Muxanov aparıcı Rusiya universitetlərinin əməkdaşlarıdırlar: "O.V.Ayrapetov Moskva Dövlət Universitinin dövlət idarəçiliyi fakültəsinin dekan müavini, M.V.Volxonskiy və V.M. Muxanov isə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin müəllimləridir. Nəticədə, bu şəxslərə potensial Rusiya intellektual elitasının formalaşdırılması işi etibar edilib. Bu o deməkdir ki, bir neçə vaxtdan sonra indiki tələbələr Rusiyanın dövlət strukturlarında çalışacaqlar və onlar ölkəmiz üçün taleyönümlü qərarların alınmasında tarixi həqiqətlərə deyil, elmdənkənar uydurmalara istinad edəcəklər. Hansı ki, həmin uydurmaları Ayrapetov, Volxonskiy və Muxanov kimiləri onların beyinlərinə doldurublar.

 

Ona görə də, mən "Gülüstana gedən yol..."  (XVIII əsrin ikinci yarısı, XIX əsrin birinci yarısında Rusiyanın Qafqazdakı siyasətinin tarixindən ) adlı monoqrafiyaya cavab yazmağı özümə borc bildim. Rusiya tarixi adıçəkilən şəxslər tərəfindən saxtaşdırılıb. Mənim monoqrafiyam ilk növbədə vətənimin tarixini saxtalaşdıranlara cavabdır".

 

Qeyd edək ki, "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət kitabı Oleq Kuznetsovun Rusiya tarixşünaslığında erməni saxtakarlığına dair ikinci nəşridir. Müəllifiin bu mövzuya dair ilk kitabı Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” əsəridir. Bu tarixi əsər rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı “Dağlıq Qarabağ haqqında miflər” kitabına cavabdır. Oleq Kuznetsov kitabında “Tarasovun mifləri” adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar