Səbail rayonunda dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Ə.Nərimanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs bir neçə dəfə iş yoldaşına mobil tətbiq vasitəsilə pul köçürməkdə kömək edib.
Bu zaman onun şəxsi məlumatlarını mobil tətbiqdə saxlayaraq sonradan həmin hesabdan hissə-hissə ümumilikdə 6 min manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırma davam etdirilir.