NK "Salaam Cinema"nın yerləşdiyi bina ilə bağlı AMEA-ya müraciət etdi
03 iyun 2019 13:43 (UTC +04:00)

NK "Salaam Cinema"nın yerləşdiyi bina ilə bağlı AMEA-ya müraciət etdi

Nazirlər Kabineti Bakı şəhəri  Süleyman Rüstəm küçəsi 10 ünvanındakı "Salaam Cinema"nın yerləşdiyi tarixi bina ilə bağlı rəy vermək üçün AMEA-ya müraciət edub.
 
 Bu barədə ONA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
 
Sorğuya cavabda bildirilib ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində Azərbaycan höküməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür, bu sahədə vəziyyət daim diqqət mərkəzindədir: "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü  siyahısına əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə mütəmadi olaraq müxtəlif dövlət qurumlarından müvafiq təkliflər daxil olur. Həmin təkliflər Nazirlər Kabinetində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə digər səlahiyyətli dövlət orqanlarının da rəyi nəzərə alınmaqla  nəzərdən keçirilir. Bakı şəhəri  Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Mədəniyyət Nazirliyi eyni zamanda bu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması təşəbbüsü ilə Nazirlər Kabinetinə müraciət edib. Nazirlər Kabineti  qanunvericiliyə uyğun olaraq bu təklifə zəruri rəy verilməsi üçün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına müraciət ünvanlayıb. Tarixi bina ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21