Nərgiz Paşayeva: "Onların sevgisi ölməyib"-  MÜSAHİBƏ
04 yanvar 2013 19:43 (UTC +04:00)

Nərgiz Paşayeva: "Onların sevgisi ölməyib"- MÜSAHİBƏ

 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva “Nargis” jurnalına müsahibə verib.

Müsahibəni Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova rus dilində götürüb. Müsahibənin Azərbaycan dilinə tərcüməsi isə “Qafqazinfo” saytına məxsusdur.

- Ana, mənə sənə çoxdan demək istəyirdim ki, sənin cəlbedici baxışların var. Gözlərin çox mehriban və dərindir, baxışların isə nüfuzedicidir, bəzən isə kəskin. Bu cür bir-birinə zidd olan şeyləri bir araya toplamağı necə bacarırsan?


- İlk növbədə, baxışlar, mimika və digər xarici siqnallar insanın əsl mahiyyətini ələ verir. Məhz ona görə ki, adətən insan daim ona nəzarət etmək yaxud onu dərk etmək iqtidarında olmur. “Gözlər qəlbin aynasıdır” məsəli də təsadüfən yaranmayıb. Bəli, gözlər həmişə insanın daxili aləmini, onun əhval-ruhiyyəsini, yetkinliyini, müdrikliyini, yaxud əksinə, dayaz düşüncəliliyini, daxili boşluğunu, görmək və başa düşmək bacarıqsızlığını əks etdirir. Çünki “görmək” hələ “baxmaq” demək deyil. Şerlok Holmsın sözlərini xatırlayaq: “Siz baxırsınız, lakin siz müşahidə etmirsiniz, bu isə böyük fərqdir”. Yaşa dolduqca həyatı müşahidə etməyə başlayırsan.

- İllər keçdikcə insan mütləq müdrikləşir?


- Müdrikləşməlidir, onun təyinatı budur. Lakin yaşın kəmiyyəti təəssüf ki, heç də hər zaman yaşananlardan çıxarılan dərslərin keyfiyyəti ilə mütənasib olmur. Xoşbəxt o insandır ki, illər keçdikcə həyat müdrikliyinin meyvələrini dərir. Bu, hər kəsə bəxş olunmayıb, çünki müdriklik insan təbiətinin hansısa daxili əlamətini müəyyən edir. Həyata baxış, tutaq ki, 20 və 40 yaşlarında çox dəyişir. Mənim yaşımda isə səninçün əvvəllər əlçatmaz olan nüanslar və rəngləriin fərqinə varmağa başlayırsan. Ümumiyyətlə, illər keçdikcə həyat sınaqlarına və yaşadıqlarımıza baxmayaraq, həyat gözəl görünür, daha mənəvi və zəngin olur.

- Məgər həyatın bu qədər dərindən dərki sizi qorxutmur?

 

- Xeyr, xeyr! Bilirsən, nə baş verirsə versin, hər bir şeyin öz ilkin mahiyyəti var. Sadəcə olaraq, bəzən insanın həyatı qavrayışı, dərki, fəlsəfəsi reallığın obyektiv qanunları ilə bərabər səviyyədə dayanmır. Düzdür, bizə hər şeyi bilmək qabiliyyəti verilməyib, lakin bu “sadə gerçəklikdir”, bu səbəbdən də mənfi nəticələr çıxararaq tələsmək lazım deyil. Mən xeyirxahlığın üstünlüyünə inanıram, inanıram ki, “xeyirxahlıq zülmə qalib gəlir” formulu boş söz deyil, əsl həqiqətdir...

 

- Sənə elə gəlmir ki, ətrafında baş verənləri məhdud şəkildə dərk edən insan üçün yaşamaq daha asandır?

 

- Ola bilsin ki, asandır, lakin yaxşı deyil. Məşhur filosof dediyi kimi “bütün gözəl şeylər çətin olduğu kimi, həm də nadirdir”. Mən özüm şəxsən dərindən dərkin tərəfdarıyam. Məhz bunda, əvvəllər əlçatmaz olaraq qalan varlığın obertonları, gizli mətnaltılar üzə çıxır.


- Bununla yaşamaq həqiqətən də maraqlıdır. Lakin mən insanların qarşılıqlı münasibətlərini nəzərdə tuturam. İllər keçdikcə insanları çözməyi bacardıqca, onların maskalarının fərqinə vardıqca özün də bilmədən hiss etdiklərindən dəhşətə gəlirsən ki, insanlar ancaq görünə bilirlər, ola bilmirlər. Sənə elə gəlmir ki, insan haqqında ən yaxşısı heç nə bilməməkdir, nəinki uydurmuş olduğu obrazın altında nəyin yatdığını təxmin etmək.

 

- İnsan çoxüzlüdür və bu hər zaman belə olub. “İnsan genişdir, hətta çox genişdir, mən onu daraldardım..”,- yazıb Dostayevski. Belə ki, bir də “O” var, şəxsiyyətin ən dərin mahiyyəti, naməlum olanı. İnsan bütün fəlsəfi mərhələlərin ən mürəkkəbidir və həqiqəti dərk etmək üçün onun qismətinə ilk növbədə özünü dərk etmək yazılıb. Lakin bir çoxları özlərinə qarşı səmimi olmağı bacarmırlar, nəinki başqaları ilə. O insanlar ki bu birliyi, öz daxili və xarici obrazının harmoniyasını aşkara çıxara bilirlər onlar ən yüksək mərtəbədədirlər. Onlar bizim aramızda da var və mənim üçün belə şəxsiyyətlər – Ruminin “ya göründüyün kimi ol, ya da olduğun kimi görün” sufi məsləhətinə əməl edən mükəmməlliyin bir limitidirlər. Təəssüflər olsun ki, belə insanlar azlıq təşkil edirlər. Lakin bu azlıq həmişə, istənilən halda qalib gəlir. Bu qəbildən olan məsələlər zaman və məkanla yerlərini dəyişirlər, öz ifadə tərzinə görə transformasiyaya uğrayırlar, lakin onların mahiyyəti dəyişməz olaraq qalır. Bu problemlər insanda antik dövrdən başlayaraq müasir dövrə qədər bütün eralarda müşayiət olunub, insan təbiəti dəyişməzdir. Hətta elm də bu faktı qeyd edir ki, insan geni heç bir dəyişikliyə məruz qalmayıb.



- Sən “pozitiv” sözünü necə baş düşürsən? İnsanın müsbət daxili quruluşu, yoxsa xeyirxahlıq?

 

- Bəzən müsbət sadəcə olaraq mənfinin yoxluğu deməkdir. Valideynlər uşaqlarını tərk etməyəndə, axmaqlar ağıllıları, vicdansız namuslu insanları incitməyəndə, savadız həkim xəstələri öldürməyəndə, pis müəllim şagirdləri şikəst qoymayanda, tanışlar sənə şər atan birinə çevrilməyəndə və sair. İnsan daxili aləminə gəlincə, o ta əvvəldən ikilidir. Və bu dualizm özünü insan qəlbində əks mahiyyətlərin əbədi mübarizəsi kimi göstərir. İnsan bölünür: “Allah üstəgəl Şeytan”. Romantiklərin bu formulu dünyanın özü qədər qədimdir...Müsbət – bu o deməkdir ki, işıq qaranlıqdan çoxdur. Biz mələk deyilik, bizim çoxlu çatışmazlıqlarımız var, lakin biri var çatışmazlıq, biri var qüsur. Biri səhvdir, digəri isə qəsdən edilir. Yalançı xeyrixahlıqdan pis isə heç nə yoxdur. Dünya və elə təbiətin özü elə qurulub ki, yaxşılar öz ziddiyyətində yenidən doğula bilər, “Qara qu quşu” filmini xatırlayaq. Yaxşı insan o kəsdir ki, bütün həyatı boyu həqiqətən yaxşı olaraq qalmağa çalışır.



- Deməli, sən hesab edirsən ki, şəxsiyyətin formalaşmasında tərbiyə böyük rol oynayır, nəinki ətraf dünyanın təsiri, irsiyyət?

 

- Şübhə yoxdur ki, tərbiyənin rolu çox böyükdür!

 

- Bəs sən hansı kriteriyalarla bizi, öz uşaqlarını tərbiyə etmisən? Yəqin ki, qızlarla ümumi dil tapmaq oğlanlarla müqayisədə daha asandır?

 

- Mən deyərəm, burada çətinlik nədədir. İnsanı tərbiyə etmək ümumiyyətlə çətindir, istər öz uşağın olsun, istər tələbən, şagirdin yaxud tanışın. Tərbiyə hər hansısa bir formula deyil ki, sən ona əməl edəsən və nəticəni əldə edəsən. İnsan tərbiyəsində valideynlərin, ailənin əhatə olunduğun mühitin rolu var. Lakin məhz ana uşaqda bir sıra müdafiə mexanizmləri yaradır, hansı ki, gələcəkdə ailədən uzaqda onlar fəallaşır və onu ömürlük müşayiət edir. Əgər ana hər hansı səbəbdən uşağının yanında ola bilmək anını qaçırdısa, əlaqəni itirdisə, o zaman uşaq bütün həyatı boyu xərcləməli olduğu müsbət enerji və istilikdən məhrum olur. Başlıcası bilmək lazımdır ki, uşaq tərbiyə üsullarını heç vaxt şüur, ağıl vasitəsilə qəbul etmir. Uşaq hər şeyi ürəyi və emosiyaları vasitəsilə qavrayır. Uşaqla erkən yaşlarda emosianal əlaqəni itirmədən normal insan tərbiyə etmək olar. Bunu həmişə xatırlamaq lazımdır.

 

- Uşaqlar mövzusunu davam etdirirəm. Sən hesab etmirsən ki, 80-90-cı illərin uşaqları 2000-ci illərdə doğulanlardan fərqlənir? Nəinki Azərbaycanda, eləcə də bütün dünyada. Onlar daha inkişaf etmiş, daha ambisiyalı, daha hiyləgərdirlər. Bu qədər tədris təcrübəsi olan biri kimi, yəqin ki bunu daha kəskin şəkildə hiss etmisən?

 

- Əlbəttə, uşaqlar dəyişiblər. Dəyişiklik olmadan inkişaf da olmur. Mən təsdiqləyə bilmərəm ki, onlarda hiyləgərliyin dərəcəsi artıb. Hiyləgərlik ümumilikdə ağılın məhdudluğunun göstəricisidir. Ağıllı insan bu tip fəndlərə ehtiyac duymur, o başqa sxemlərlə yaşayır. Uşaqlar isə ona görə başqa olublar ki, dialektikanın amansız qanununu icra edirlər – dəyişiklik olmadan inkişaf və irəli addım. Nəsillər yeni eraya inkişafın əlamətləri olan yeni ideya, yeni formalar, yeni janrlar, görünüşlər gətirməklə bir-birini əvəz etməlidirlər. Öz dövründə Prokofyev dünya klassikasının şedevrlərindən hesab olunan “Romeo və Culyetta” baletini yazanda köhnə nəslin bəzi bəstəkarları onu qəbul etmədilər. Bu isə onun bir sübutudur ki, bir qism keçmiş nəsil yenilərin dilini çətinliklə anlayır. Lakin bu o demək deyil ki, biri yaxşıdır, yaxud digəri pisdir.

 

- Öz aralarında mübarizə aparan hisslərlə ağıl arasında necə kompramis əldə etmək olar?

 

- Əgər bu, cinslər arasındakı münasibətlər məsələsinə aiddirsə, burada artıq hər şey sarsıntılıdır. Səhnədə qadın və kişi peyda olduğu bir situasiyada əvvəlcədən nə isə demək mümkünsüzdür. Məsələn, Romeo və Culyettanın sevgi hekayəsi nədən faciə ilə sonlandı? Hər ikisi gənc, gözəl, tanınmış ailədən...Onlar niyə görə həlak olmalı idilər? Məgər Şekspir yaddaşsız sevən hər kəsin ölümə məhkum olduğunu nümayiş etdirmək istəyirdi?

 

- Zaman keçdikcə məhəbbət ölmür, sadəcə keçir gedir...

 

- Təki vərdişə çevrilməsin...

 

- Bəlkə bütün məsələ ondadır ki, belə parlaq sevgi zamanla sönür. Məhz buna görə də ölüm onları sevginin ən qızğın dövründə yaxaladı?

 

- Onlar ölməyiblər. Fiziki olaraq hə, lakin onların sevgisi ölməyib. Bu, sadəcə sevgi hekayəsi deyil. Bu, möhtəşəm sevgi idealının möhtəşəm hekayəsidir.

 

- Mənə elə gəlir ki, sevginin öz mərhələləri var...

 

- Psixoloqlar münsibətlərin bir neçə mərhələyə ayırırlar: tanışlıq, maraq, daha sonra gəlir hisslərin kristallaşması və sair. Hər bir insan ona məxsus xüsusiyyətlərin məcmusuna sahibdir. Şən, qaraqabaq, acgöz, mehriban, ağıllı, axmaq və sair olanları var. İnsan sevəndə o öz sevgi obyektinə aid olandan daha çox xarakterlər əlavə edir. Əgər o mehriban və məsuliyyətlidisə, o zaman onu “ ən ağıllı, ən dürüst” kimi təqdim edir. Bu daha çox qadınlara aiddir, kişilər br qayda olaraq daha realistdir. Ağılla dərk edirlər ki, bu insan onun təsəvvüründəki ilə üst-üstə düşmür, lakin ürək hələ ki, bundan vaz keçə bilmir.

 

- Bax, bu artıq faciədir.

 

- Balzak bunu belə təsvir edib: “Kimlər ki sevir ya heç nədən şübhə etmir, ya da ki, hər şeydən şübhələnir”.

 

- Kişilər üçün də bu qədər çətindir?

 

- Kişilər istənilən halda başqa cür yaradılıblar. Onlar öz ağıllarını tez işə salırlar və sakit şəkildə lazımi istiqamətə yönələ bilirlər. Lakin onlar eyni zamanda başqalarının gözündən yayınaraq uzun müddət əzab da çəkə bilərlər.

 

- Bəli, bunun öhdəsindən tez gəlirlər.

 

- Sadəcə olaraq kişilər dağıdıcı emosiyalar yükündən vaxtında xilas ola bilirlər. Qadınlar isə tez-tez onları özləri ilə daşımağa davam edirlər. Hər bir qadın bilməlidir ki, hər zaman sevgi, diqqət və sevinc hissləri yaşamağa layiqdir. Düzü həyatın bütövlüyü, tamlığı hissini kişilərə ancaq qadınlar, qadınlara isə kişilər verir.

 

- Necə hesab edirsən, sevgini ancaq özün onu bacardığn halda digərindən tələb edə bilərsən? Mən şəxsən bu fəlsəfənin tərəfdarıyam.

 

- Sevgidə zəmanət yoxdur. Düşünmək lazım deyil ki, sənin hisslərdə fədakarlığın eyni reaksiyanı təmin edə biləcək. Əgər qadın hisslərinin əsirinə çevrilirsə, bu əsir vəziyyəti heç bir kişinin xoşuna gəlmir. Hesab edirəm ki, münasibətlərdə hər şeydən öncə şəxsiyyətin özü, onun təbiətinin zənginliyi maraqlıdır. Və ümumilikdə, sevməyi bacarmaq və sevilmək ilk növbədə özünü, öz həyatını sevmək və qiymətləndirmək anlamına gəlir.


- Necə hesab edirsən, təhsil xarici görünüşə, simaya təsir edir?

 

- Sözsüz. İnsan nə qədər mədənidirsə, onun xarici görünüşü də bir o qədər nəcibləşir. Bax ona görə də, harada ki geridəqalmışlıq var, orada adətən eybəcərlik olur. Formanın gözəlliyi, məzmunun gözəlliyidir. Nə qədər ki, məzmun gözəldir, orada mükəmməl forma var deməkdir. Mədəniyyət hər zaman ali estetik zövqdür.


- Hansl üslubda olan geyimlərə üstünlük verirsən? Mənim yaşımda olan qızlar sizcə necə geyinməlidir?

 

- Yəqin ki, çox bahalı geyinməməli, bahalı zinət əşyalarından istifadə etməməli, onu böyük göstərəcək şəkildə bəzənməməlidir. Gənclik bir qayda olaraq gözəlliyi, cazibə və məftunediciliyi məhv edən vulqarlığı istisna etməlidir. Mən 50-60-cı illərin obrazına üstünlük verirəm, onlar şirin deyil, daha çox daxili, mənalıdır. İndi beləsini nadir halda görə bilərsən. Dünya sanki daha çox istehlakçı, mədəniyyət kütləvi olmağa başladı. Elitarlıq məhv oldu, zəriflik, individuallıq, bənzərsizlik, obrazlılıq nadir bir şeyə çevrilib. İqtisadi narahatlıq yaşayan müasir dünya hələ ki, nə ədəbiyyatda, nə kinoda, nə də musiqidə şedevrlər yaratmır. Lakin bu normaldır, belə ki, süqut və intibah dövrü həmişə bir-birini əvəz edir.


- Sənin sevdiyin brendlər hansılardır?


- Prada, Nina Ricci, Christian Dior, YSL.


- İnsanda ən çox hansı cəhətləri qiymətləndirirsən?

 

- Ədəb və alicənablılıq.

 

- Bəs nəyi sevmirsiniz?

 

- Qəddarlıq, ikiüzlülük, biganəlik.

 

- Dəb və gözəllik ikonası, sevimli obrazınız var?

 

- Məktəb vaxtlarında ulduzların açıqcalarını toplayırdım: Sofi Loren, Bricit Bardo, Robert Teylor və sair. Lakin hamısından çox məndə Kladua Kardinalenin açıqcaları vardı. Mən onu çox gözəl və füsunkar hesab edirdim və edirəm də. Onun şəkilləri hər zaman mənim stolumun üstündə olurdu və mən tez-tez onlara baxırdım. Daha sonra Ulya, sən dünyaya gəldin, böyüdün və heyrətamiz dərəcədə Klaudiya Kardinaleyə bənzədin. Bir dəfə səni Parisdə görən Klaudiya ucadan dedi: “Sən necə də mənim gəncliyimə bənzəyirsən!” O zaman mən bir daha əmin oldum ki, bu həyatda hər şey qarşılıqlı əlaqədədir.



- Sən demişdin ki, müasir aktrisalardan Demi Murun obrazı xoşuna gəlir...


- Bəli xoşuma gəlir. Bu, özündə realistlik və romantikliyi, müasirlik və klassikanı təcəssüm etdirən heyrətamiz obrazdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4896
avatar

Oxşar yazılar