Efirdə “yıxılan”  oxuyançılar: vallah, ta mədəmiz götürmür – REPLİKA 
05 dekabr 2024 15:26 (UTC +04:00)

Efirdə “yıxılan” oxuyançılar: vallah, ta mədəmiz götürmür – REPLİKA 

Bu gün yenə qarşıma çıxdı ki, Azərbaycanda hansısa müğənninin canlı efirdə ürəyi gedib. Bir də görürsən deyirlər ki, filan oxuyançının canlı efirdə halı pisləşdi. Hələ çoxu guya studiyada “birdən-birə” yıxılır. Bu barədə axtarış matorlarına sorğu versəniz qarşınıza minlərlə belə hadisələr çıxar. 

Nətər olursa çoxunun da verilişin canlı getdiyi yerdə səhhətləri qəfildən pisləşir. Özü də elə rahat yıxılırlar, adamın lap paxıllığı tutur. Vallah bizim ətrafımızda özünü artistliyə qoymadan o qədər yıxılan olub ki, yazıqlar aylarla xəstəxanadan çıxa bilməyib. APA GROUP-un bir əməkdaşı vardı, bapbalaca yerdən yıxılmışdı. Neçə ay həkimxanada qaldı, sonra da 1 ilə yaxın qoltuq əsaları ilə gəzdi. Yıxılan bax belə olur. Yoxsa bunlar canlı efirdə yıxılıb, tez oradan da durub hoppana-hoppana gedirlər.

Sən Allah ta bəsdir. Anadolular demiş, bu şou artıq qabaq dadı verməyə başlayıb. Zəhmət olmasa yeni variantlar fikirləşin. Guya camaat bilmir ki, bütün bunlar əvvəlcədən müğənnilərlə aparıcılar arasında olan anlaşmadı? Bizi nə yerinə qoymusunuz? 

Kimsə kənardan çıxıb mənə ağıl verməsin ki, bu səhhət məsələsidir, onunla zarafat etmək olmaz. Yaxşı görək, nənələrimiz demiş “ətimiz töküldü”. Ya da qınamasın ki, gülmə qonşuna gələr başına. Dedim də sizə qonşumun başına gələni. Yazıq yıxılıb aylarla xəstəxanadan çıxa bilmədi. 

Hə, o başqa məsələdir ki, heç bir artistlik etmədən, plan qurmadan hətta dünya ulduzlarının başına da səhnələrdə qəza gəlib. Özü də onların çoxu həyatlarını itirərək baş verən hadisənin qurama olmadığını bütün dünyaya sübut ediblər. İndi mən demirəm ey bizimkilər də ölsün ki, biz də inanaq. Əstəfurullah, lap qurdla qiyamətə qalana kimi yaşasınlar. Amma hoqqa çıxarmasınlar. Allah haqqı artıq mədəmiz götürmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6439

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37