Rusiyalı politoloqa Ermənistana girmək qadağan edildi
15 dekabr 2024 22:13 (UTC +04:00)

Rusiyalı politoloqa Ermənistana girmək qadağan edildi

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar