İngiltərə Premyer Liqasında XVI turun mərkəzi görüşü keçirilib.
Lent.az xəbər verir ki, derbidə "Mançester Siti" və "Mançester Yunayted" komandaları qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin həyətində 36-cı dəqiqədə Josko Qvardiol fərqlənib.
88-ci və 90-cı dəqiqələrdə isə "Qırmızı şeytanlar" Bruno Fernandeş və Amad Diallonun vurduğu qollarla qələbəyə seviniblər.