Qadın pişiyə ondan çox qayğı göstərən ərini  məhkəməyə verdi
15 dekabr 2024 17:23 (UTC +04:00)

Qadın pişiyə ondan çox qayğı göstərən ərini məhkəməyə verdi

Hindistanın Karnataka ştatının Ali Məhkəməsi ər-arvad arasında pişik üstündə baş verən ailə qalmaqalını həll etməyə məcbur olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qadın ərini ev heyvanına həddindən artıq qayğı göstərməkdə ittiham edib və onun bütün diqqətini pişiyə verdiyini bildirib.

Məhkəmədə hindistanlı qadın həmçinin bildirib ki, ev heyvanı ona dəfələrlə hücum edərək xəsarət yetirib və bu, münaqişələrə səbəb olub.

“Şikayət Hindistan Cinayət Məcəlləsinin qəddarlıq və cehiz tələblərindən bəhs edən 498A maddəsinə əsasən verilsə də, hakim işin hüquqi meyarlara cavab vermədiyini göstərdi”, - məlumatda bildirilib.

Məhkəmə vurğulayıb ki, cüzi fərqlərə əsaslanan belə hallar cinayət mühakimə sistemini daha ağır cinayətlərə baxmaqdan yayındırır və onlara baxmaqdan imtina edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar