Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü
15 dekabr 2024 21:55 (UTC +04:00)

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzən şəhəri Sabir küçəsi 8 ünvanında dəm qazından zəhərlənmə baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, 15 yaşlı Vəkilli Gülər Seyfulla qızı dəm qazından zəhərlənib.

Xəstəxanaya çatdırılsa da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar.

Məktəbli  olan 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub. 

Ailənin sağ qalan yeganə övladı Gülərin həyatına isə, dəm qazı son qoydu. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar