Mədəniyyət və Turizm Nazirliyi mart ayında daha 3 mehmanxanaya lisenziya verib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Holiday İnn Baku” mehmanxanası, fiziki şəxs Şamxalov Vüqar Nizami oğluna “Farley” istirahət mərkəzi və “NB Əmlak və Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Şirvan” mehmanxanalarına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq verilib.
Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 321-ə çatıb.