Nazir Şirvana gedəcək
07 noyabr 2013 12:35 (UTC +04:00)

Nazir Şirvana gedəcək

Noyabrın 18-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edəcək. Sözügedən nazirlikdən Lent.az-a verilən məlumata görə, 11:00-da, Mərkəzi Mədəniyyət evində keçiriləcək görüşdə Şirvan şəhər, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın, Füzuli rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Bunun üçün sakinlər öncədən nazirliyin [email protected]  elektron poçt ünvanı, 147, yaxud (012) 493-55-21 nömrələri ilə əlaqə saxlayıb qəbul yazılmalıdırlar. Həmçinin adı çəkilən şəhər və rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar