Nazir Lent.az-ın qaldırdığı problemdən danışdı: “...cəzalandırılacaq”
25 sentyabr 2013 18:43 (UTC +04:00)

Nazir Lent.az-ın qaldırdığı problemdən danışdı: “...cəzalandırılacaq”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəyovun şəxsi əşyalarının bəstəkarın ev muzeyinin zirzəmisində məhv olması məsələsinə aydınlıq gətirib. Nazir Lent.az-ın sualına cavabında bildirib ki, bu məsələdə günahı olan şəxs cəzalandırılacaq: “Əgər belə bir fakt aşkarlanarsa, sabah həmin muzeyin direktorunu çağırıb, cəzalandırcağam”.

 

Daha sonra nazir nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyevaya zəng vuraraq bu məsələni araşdırmağı tapşırıb. 

 

Qeyd edək ki, bu problemi ilk dəfə Lent.az qaldırıb.

 

(Yazı burada:http://news.lent.az/news/133882)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar