Müslüm Maqomayevin həyat yoldaşı: “Azərbaycanda mənə “gəlin” deyirlər”
03 iyul 2013 12:01 (UTC +04:00)

Müslüm Maqomayevin həyat yoldaşı: “Azərbaycanda mənə “gəlin” deyirlər”

Tamara Sinyavskaya həyat yoldaşı Müslüm Maqomayevdən danışıb. Lent. az-ın məlumatına görə, o, Rusiyanın «Arqumentı i faktı»  qəzetinə müsahibəsində ərinin  ölümünə hələ də alışa bilmədiyini deyib: “Müslümü hər gecə yuxuda görürəm. Hər səhər  mənə elə gəlir ki, o, yenə çay, qəhvə istəyəcək. Bu gün səhər oyananda eyni fikirlə oyandım. Vaxtı ilə mənim ailəm, evim və sevimli işim var idi. Amma indi mənim yalnız işim qalıb. Yalnız işimlə başımı qatıram. Tez-tez Bakıya gedirəm. Orda mənə “gəlin” deyirlər. Toyumuzda Heydər Əliyev mənə demişdi ki, Tamara, sən bütün Azərbaycanın gəlinisən. Çünki Müslim bütün Azərbaycanın oğludur. H. Əliyevin sözündən sonra hamı məni “gəlin” çağırmağa başladı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507
avatar

Yalçın UĞUR

Oxşar yazılar