Məşhur alman dirijor Bakıya gəlir
01 may 2015 10:08 (UTC +04:00)

Məşhur alman dirijor Bakıya gəlir

Mayın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşanı idarə etmək üçün məşhur almaniyalı dirijor, İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok dəvət olunub.

 

Xanım Kerssenbrok tamaşanı idarə etməklə yanaşı, teatrın aparıcı solistləri və xor artistləri ilə ustad dərsləri keçirəcək.

 

Tamaşada Violetta partiyasını gənc və istedadlı vokalçı, əməkdar artisti, prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu əməkdar artist Fərid Əliyev ifa edəcəklər.

 

Jermon partiyasını ifa etmək üçün isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunub.

 

Tamaşada həmçinin xalq artisti, Vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artist Səbinə Vahabzadə (Flora) və gənc solist Tələt Hüseynov (Doktor Qrevil) çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar