İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıya gələcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. O, iki gün sonra ölkəmizdə baş tutacaq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq. Bundan başqa, YUNESKO-nun Baş Konfransının prezidenti Katalin Bogyay, BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nasir Əbdüləzizəl-Naser, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibin müavini Qismet Gozelov və başqa yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici Mədəniyyət və Turizm Nazirliyidir.