Tarzən Humay Qədimovanın Beynəlxalq Muğam Mərkəzində “Oxu tar” adlı solo konserti olub. Lent. az-ın məlumatına görə, konsertdən qabaq çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Humayın tələbəlik illərindən söz açıb: “Humay tələbə yoldaşları arasında seçilirdi. Artıq o, 3-cü konsertini verir. Ona hər zaman dəstəyik və uğurlarının davamını gözləyirik”.
Tamaşaçılar onun ifasında Ramiz Mirişli, Cahangir Cahangirov, Soltan Hacıbəyli, Bəhram Nəsibov və başqa bəstəkarların əsərlərini, muğam parçaları və filmlərdən musiqiləri dinləyiblər.
Humayın konsertinə gələnlər arasında Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, eyni zamanda Vaqif Mirzəyev, Elman Namazoğlu və bir cox sənət adamı olub .
Qeyd edək ki, xanəndəni Malik Mansurov (tar), Şəhriyar Musayev (kamança), Aysu Sadıqova (qanun), Qalib Həşimov (ud) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.