Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək
28 iyun 2013 11:52 (UTC +04:00)

Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək

İyulun 9-da görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək. Bu barədə Lent.az-a AzTV-nin musiqi kollektivinin bədii rəhbəri Ramil Qasımov məlumat verib. O bildirib ki, gecədə AzTV-nin solistləri İlahə Əfədiyeva, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Günay İmamverdiyeva, həmçinin estrada simfonik orkestrinin caz-vibrafon ifaçısı Allahyar Vəzirov vibrafonda ilk dəfə Hacı Xanməmmədovun əsərini ifa edəcək: “Bir neçə aydır ki, AzTV-nin musiqi kollektivləri Beynəlxalq Muğam Mərkəzi ilə birgə layihələr həyata keçirməkdədir. Həmin layihələrdən biri də H. Xanməmmədovun  95-illiyinin qeyd edilməsidir. Mən özüm isə fortepianoda Leyla Nəzərovanın müşayiəti ilə bəstəkarın “Bir dəqiqə” operettasından bir neçə ariya ifa edəcəyəm”.

R.Qasımov qeyd edib ki, gecədə həmçinin “Sevil” vokal instrumental ansamblı, xalq artistləri - tarzən Ramiz Quliyev, Canəli Əkbərov da öz musiqi töhfələrini tamaşaçılara təqdim edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Yalçın UĞUR

Oxşar yazılar