Aprelin 22 və 23-də Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2013 - 2014-cü illər üçün Mədəniyyət və turizm üzrə işçi qrupunun əlaqələndiricisi olan Azərbaycanı iclasda həmin işçi qrupunun rəhbəri, Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, iclasda Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edəcək.