Heydər Əliyev Fondundan un təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub
Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.
APA-nın xəbərinə görə, bu gün Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə qaliblərə mükafatları təqdim edib.
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə incəsənət eksperti Erve Mikaelof bu mükafata layiq görülüb.
Digər qalib isə qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti Ağaxan Abdullayev olub.
Erve Mikaelof və Ağaxan Abdullayev çıxış edərək, mükafata görə təşəkkürlərini bildirdilər.