Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mətanət Atakişiyeva “Humay” Milli mükafatına layiq görülüb. Aktrisa bu haqda fikirlərini Lent. az-la bölüşüb:
“ “Humay” mükafatını mənə “Şekspir”, “Xanuma” və “Gəncə qapıları” tamaşalarındakı rollarıma görə veriblər. 2013 mənim üçün çox düşərli oldu. Adamlar adətən, 13-ü nəhs sayırlar, amma mənim ən çox sevdiyim rəqəmdir. Xoşbəxtlikdən ad günüm də maya təsadüf edir. Zəhmətimə dəyər verdiklərinə görə “Humay” Milli Akademiyasının hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. Buna sevinən dostlarıma isə ürəkdən təşəkkür edirəm. Bütün sənət yoldaşlarıma uğurlar və sənət yenilikləri arzulayıram”.
Qeyd edək ki, aktrisanın teatrda son işi “Qaraca qız” tamaşasında Pəricahan obrazıdır.
Əməkdar artistimiz mükafatlandırıldı
1510