Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Dağıstan Respublikasında 3 günlük səfərdədir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ə. Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstan Respublikasının başçısı R. Abdulatipovun dəvəti ilə aprelin 22 - 23-dək Mahaçqala şəhərində "Müasir şəraitdə regional siyasətdə mədəniyyət və iqtisadiyyat" mövzusunda keçiriləcək beynəlxalq mədəniyyət-investisiya forumunda iştirak edəcəklər.
Forum çərçivəsində regional mədəniyyət və iqtisadiyyat sahəsində elmi, maarifləndirici və yaradıcı layihələrin təqdimatı planlaşdırılır. Forumda nazir Ə. Qarayevin çıxışı və müvafiq rəsmilər ilə görüşü nəzərdə tutulub.