Dünya tərcüməçiləri Bakıya gəlir
23 mart 2015 19:40 (UTC +04:00)

Dünya tərcüməçiləri Bakıya gəlir

Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) Şurasının növbəti illik iclası Bakı şəhərində keçiriləcək. Federasiyadan Lent.az-a verilən məlumata görə, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) tamhüquqlu üzvü olduğu Beynəlxalq Tərcüməçilər Federasiyasının Şurasının iclasının Bakıda keçirilməsi barədə qərar 22 dekabr 2014-cü ildə qəbul edilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tərcümə təşkilatlarının rəhbərləri olan Şura üzvləri iştirak edəcək. Tədbirdə BTF-in ötən ilki fəaliyyəti, eləcə də qarşıdakı il üzrə nəzərdə tutulan tədbirlər, prioritet istiqamətlər müzakirə ediləcək, BTF-in komitələrinin hesabatları dinləniləcək, eləcə də dünyada baş verən tərcümə prosesləri, tərcüməçilərin maraqları və hüquqları müzakirə ediləcək. Xatırladaq ki, 4-6 avqust 2014-cü il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Ümumdünya Tərcümə Konqresində BTF-in Şurasının növbəti illik iclasının Bakı şəhərində keçirilməsi təklif olunub. Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. AGTA sədri İsmayıl Cəbrayılov Beynəlxalq Tərcüməçilər Federasiyasının Şura üzvüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar