Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfərinə yola düşəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 25 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində P. Turrininin “Axır ki...”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək.
Aprelin 8 və 9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri aprelin 11-dən 13-dək Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B. Basanqov adına Milli Dram Teatrında davam edəcək.
3 teatr direktoru arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq qastrol səfəri aprelin 15-də yekunlaşacaq.
Qeyd edək ki, bu səfərdən sonra mayda Kalmık Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 4 günlük səfərdə olacaq.