Bu gün xalq artistinin doğum günüdür
06 fevral 2015 10:31 (UTC +04:00)

Bu gün xalq artistinin doğum günüdür

Bu gün xalq artisti Rafiq Əzimovun ad günüdür. Lent.az-ın məlumatına görə, Rafiq Əşrəf oğlu Əzimov 1938-ci il fevralın 6-da Bakıda anadan olub. 1962-ci il sentyabrın 10-da Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. Kalendario («Dəlilər» Lope de Veqa), Həkim («Maqbet» V. Şekspir), Behbud bəy («Tənha iydə ağacı» İ. Əfəndiyev), Sərhəd pozan («Darıxma ana» N. Dumbadze), Qasımlı («Bu dünyanın adamları» Hidayət) və s. rolların ifaçısıdır. Bir çox obrazlarda yer alan aktyor, Azərbaycan tamaşaçısının yaddaşında əsasən “Yeddi oğul istərəm” filmindəki Şahsuvar obrazıyla qalıb. Xalq artisti «Azərbacanfilm» kinostudiyasının istehsalı olan «Ad günü» filmində də Səlim rolunu ifa edib. Xalq Artisti, Prezident təqaüdçüsüdür.

 

 

 Qeyd edək ki, R.Əzimov 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-cı ildə isə xalq artisti fəxri adına layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Yalçın UĞUR

Oxşar yazılar