Bakıda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək
10 noyabr 2014 12:52 (UTC +04:00)

Bakıda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Noyabrın 10-dan 18-dək Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcək.

 

Festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, festivalı Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyi birgə keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar