<b>ABŞ-da “Əli və Nino” filminin təqdimatı olub</b>
05 fevral 2018 07:56 (UTC +04:00)

ABŞ-da “Əli və Nino” filminin təqdimatı olub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Boston şəhərində, ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib.

 

Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub,  "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını vurğulaıb. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

 

"Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləyib, əsərin ərsəyə gəlməsində  L.Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb. Daha sonra baş tutmuş filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və böyük emosional təəssürat yaradıb.

 

Qeyd edək ki, səfir E.Süleymanov həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, o cümlədən irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31