Beş texnologiya nəhənginin 1,65 trilyon dollarlıq süni intellekt borcu  var imiş
25 iyul 2026 02:44 (UTC +04:00)

Beş texnologiya nəhənginin 1,65 trilyon dollarlıq süni intellekt borcu var imiş

0

Yaponiyanın Nikkei nəşrinin təhlilinə görə, “Alphabet”, “Microsoft”, Amazon, Meta və “Oracle” şirkətlərinin süni intellekt infrastrukturu üçün götürdükləri təxminən 1,65 trilyon dollarlıq maliyyə öhdəlikləri balans hesabatlarında birbaşa borc kimi göstərilmir.

Lent.az xəbər verir ki, bu məbləğ həmin şirkətlərin rəsmi açıqladığı ümumi borcdan da çoxdur.

Məlumata görə, şirkətlər qanun pozmur. Onlar bu öhdəlikləri maliyyə hesabatlarının dipnotlarında açıqlayırlar. Söhbət əsasən uzunmüddətli icarə müqavilələri, məlumat mərkəzlərinin tikintisi, enerji təminatı və digər infrastruktur layihələri üzrə gələcək ödəniş öhdəliklərindən gedir.

Bu səbəbdən analitiklər hesab edirlər ki, AI yarışının real maliyyə yükü rəsmi balanslarda göründüyündən xeyli böyükdür.

Ekspertlər bildirirlər ki, süni intellektə milyardlarla dollar yatıran texnologiya nəhənglərinin bu qədər böyük öhdəliklər götürməsi gələcəkdə investorlar və maliyyə bazarları üçün risk yarada bilər.

Bununla belə, bu öhdəliklərin maliyyə hesabatlarında qeyd olunması onların gizli saxlanılması deyil, mühasibat uçotu qaydalarına uyğun fərqli formada təqdim edilməsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar