Türkiyəli aktrisa Hande Erçel tətilini Bodrumda keçirir.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, tanınmış aktrisa bacısı Gamze Erçel, yeznəsi Caner Yıldırım və bacısı qızı Mavi ilə birlikdə Türkbükündə yerləşən çimərliklərdən birində kameralara tuş gəlib.
Gün ərzində bacısı qızı ilə yaxından maraqlanan Hande, dörd aylıq hamilə olan bacısı Gamze Erçeli də bir an belə tək qoymayıb.
Bacısı ilə birlikdə dənizə girmək istəyən aktrisa suyun çox soyuq olduğunu hiss etdikdən sonra fikrindən daşınıb. Erçel yenidən şezlonquna qayıdıb və günün qalan hissəsini dənizi seyr edərək keçirib.



