Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Xaçmazda keçirilmiş təqdimat mərasimində çıxış edən Gülyanaq Məmmədova rejissor və klipin yaradıcı heyətinin işindən razı qaldığını bildirib.
Klipin rejissoru Dəyanət Rzayev çəkiliş prosesində məkan seçimi zamanı çox vaxt itirmədiyini qeyd edərək şəhərin görkəminin klipə vizual baxımdan bir sıra özəlliklər qatdığını vurğulayıb.
“Xaçmazım” mahnısının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur.
4 gün ərzində lentə alınan klipdəki səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.
Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur.