Gürcüstanın xalq artisti Bakı səhnəsində
29 may 2015 16:10 (UTC +04:00)

Gürcüstanın xalq artisti Bakı səhnəsində

İyunun 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Teatrdan lent.az-a verilən məlumata görə, teatrın rəhbərliyinin dəvəti ilə tamaşanı B.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş dirijoru David Kinsuraşvili idarə edəcək. Əsas rollardan biri olan Kanio partiyasını isə Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

 

Tamaşada həmçinin Azərbaycanın gənc və istedadlı opera sənətçilərindən əməkdar artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), solistlər Anton Ferştandt (Tonio) və Atəş Qurbanov (Arlekin) iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar