Belaruslu opera ulduzu Bakı səhnəsində
18 may 2015 15:47 (UTC +04:00)

Belaruslu opera ulduzu Bakı səhnəsində

Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, əsas rollarda ilk dəfə teatrın gənc və istedadlı solistləri – əməkdar artistlər İlahə Əfəndiyeva (Toska) və Fərid Əliyev (Kavaradossi) çıxış edəcəklər.

 

Skarpia partiyasını Belarusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcəkdir.

 

Operada həmçinin xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov iştirak edəcəklər.

 

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor  Cavanşir Cəfərovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar