“YARAT” Müasir İncəsənət Mərkəzində “Rus filmləri həftəsi” çərçivəsində Rusiya filmlərinin nümayişi başlanıb.
Lent.az xəbər verir ki, festivalın ilk günü rejissor Sergey Livnevin dram janrında ekranlaşdırdığı “Van Qoqlar” filmi nümayiş edilib.
Kinosevərlər sentyabrın 27-də “Annanın müharibəsi”, 28-də isə “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcəklər.
Filmlərin təqdimatı “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.