Oktyabrın 12-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası oynanılacaq.
Teatrdan Lent.az-a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda hazırlanan tamaşa bir qocanın həyat hekayəsidir. Hadisələr onun yaşantılarıdır.
Plastika üzrə rejissor Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.