Bu gün Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçiriləcək “I Bakı Beynəlxalq Memarlıq” müsabiqəsiylə bağlı mətbuat konfransı olub. Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, müsabiqə Azərbaycanda ilk dəfədir keçirilir: “Əvvəlki rəhbərliyin belə bir müsabiqə keçirmək fikri olmayıb. Biz bir ildir Memarlar İttifaqına rəhbərlik edirik və komanda olaraq qərara gəldik ki, bu il keçirək”.
Müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki Bakıya ilk səfəri olmadığını deyib: “Bakı məni ikinci dəfə heyran etdi. Biz keçən il Əbülfəs Qarayevlə Bakıda görüşdük, İçərişəhərlə tanış oldum. Bu müsabiqəni yüksək qiymətləndirirəm. Müsabiqəni sizin ölkəniz üçün çox vacib və əhəmiyyətli hesab edirəm. İstərdim Azərbaycanda memarlardan muğayat olsunlar, onları qorusunlar”.
Qeyd edək ki, müsabiqənin əsas beş münsifi konfransda iştirak edib. var. Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti yunanıstanlı Vasilis Sgoutas, bu ittifaqın hazırki baş katibi Mişel Barmaki, ittifaqın vitse-prezidentləri Hayder Ali və Tomas Vonier jurnalistlərin suallarını cavablandırıblar.