Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” ansamblı “Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə olacaq.
Lent.az-a mərkəzdən verilən məlumata görə, konsert Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının üzvləri çıxış edəcəklər.
Konsert 19:00-da başlayır.