Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni Üzeyir Hacıbəyovun “Ər və Arvad” adlı musiqili komediyası səhnələşdiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, 10 nəfərdən ibarət komandanın iştirakı ilə hazırlanan tamaşa Azərbaycan dilində təqdim olunacaq.
Məşqlərə yeni başlandığından premyeranın vaxtı dəqiqləşməyib.
Məlum olan odur ki, tamaşa Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı ucqar rayonlarda da oynanılacaq.